Birləşmiş Ştatlar Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv etdiyini bildirib. Çünki araşdırmalar zamanı heç bir hüquq pozuntusu aşkar edilməyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə BBC məlumat yayıb.
Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən sözçüsü nəşrə bildirib ki, araşdırmalardan sonra briqadada hər hansı insan hüquqları pozuntusuna yol verildiyi aşkar edilməyib.
Azov briqadası da qərarla bağlı açıqlama verib: “ABŞ-dan silah və hərbi texnika almaq həm Azovun hərbi potensialını gücləndirəcək, həm də briqadadakı insanların sağlamlığını və həyatını qorumağa kömək edəcək”.
2014-cü ildə könüllülər briqadası kimi yaradılan Azov sonradan Milli Qvardiyaya verilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2016-cı ildə dərc etdiyi hesabatda Azov briqadası Ukraynanın şərqində “mülkiləri talan etməkdə və insanların didərgin düşməsinə səbəb olmaqda” günahlandırılıb.