ABŞ Konqresinin Nümayəndələr Palatasının dəstəklədiyi Ukraynaya yeni hərbi yardım paketi çətin ki, Kiyevə döyüş meydanında vəziyyəti kökündən dəyişməyə imkan versin.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” yazıb.
Agentlik qeyd edib ki, yeni yardım Ukrayna Silahlı Qüvvələri (AFU) üçün həyati əhəmiyyətə malikdir, lakin döyüş meydanındakı vəziyyəti dəyişməyəcək. Ukrayna Milli Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçısı Nikolay Beleskovun sözlərinə görə, Kiyev Rusiyanın hücumunun sürətini sadəcə olaraq ləngitməkdən daha çox şeyə ümid edirsə, Amerika silahlarının əlavə təchizatına ehtiyac duyacaq. Bununla belə, ekspert hesab edir ki, 2025-ci ildə və ya daha sonra Ukraynaya başqa bir yardım paketinin ayrılması ABŞ üçün Konqresdəki respublikaçıların etirazına görə çətin məsələ olacaq.
Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollar məbləğində hərbi yardım göstərilməsi ilə bağlı qanun layihəsini qəbul edib.