Xəbərlər

BMT: İsrailin Qəzzaya yardıma qoyduğu məhdudiyyətləri qeyri-qanuni hesab edirik

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) İsrailin Qəzza zolağına humanitar yardımın idxalı və paylanmasına qoyduğu məhdudiyyətləri qeyri-qanuni adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani bildirib.

“Bütün nüfuzlu dövlətləri Qəzzada insan haqları və humanitar böhranı, eləcə də Qərbdə artan zorakılıq və məqsədyönlü hücumları dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq”, – Şamdasani qeyd edib.

“İsrail humanitar yardımın daxil olmasına və paylanmasına qeyri-qanuni məhdudiyyətlər qoymağa və mülki infrastrukturun geniş şəkildə məhv edilməsinə davam edir”, – o əlavə edib.