“Bu təşkilat müəyyən bir gündə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin əhval-ruhiyyəsindən asılı olaraq işləyən ittifaq ola bilməz”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrell Donald Trampın bəyanatlarını şərh edərkən bildirib.
“NATO mövcuddur və ya yoxdur. Amma Birləşmiş Ştatlarda seçki kampaniyası zamanı ağla gələn hər hansı axmaq fikirləri şərh etmək üçün vaxt itirmərəm”, – Borrell qeyd edib.