Xəbərlər

Çin NATO-nun genişlənməsinə qarşı çıxıb

Çin NATO-nun regional müdafiə təşkilatı statusundan ayrılmasına qarşı çıxıb.

“Füyuzat”ın məlumatına görə, müvafiq bəyanatı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cianın keçirdiyi brifinqdə verib.

“Çin qətiyyətlə NATO-nun regional müdafiə təşkilatı statusundan kənara çıxmasına və Asiya-Sakit okean regionunda öz fəaliyyətini genişləndirməsinə, münaqişələrin alovlanmasına və qarşıdurmanın intensivləşdirilməsinə, habelə regional çiçəklənmənin və sabitliyin pozulmasına qarşıdır”, – deyə Çin diplomatik rəsmisi qeyd edib.

O, həmçinin Şimali Atlantika Alyansını bütün dünyada sülh, sabitlik və təhlükəsizlik üçün daha praktik addımlar atmağa çağırıb.