Xəbərlər

Çin Rusiya ilə birlikdə çoxqütblü dünyanı inkişaf etdirməyə hazırdır

“Çin hakimiyyəti Rusiya ilə bərabər çoxqütblü dünyanın formalaşmasına yardım etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Penq Çinxua deyib.

“Çin Rusiya tərəfi ilə əlverişli imkanlardan istifadə etməyə, iki ölkənin inkişafı və dirçəlişinə qarşılıqlı dəstək verməyə, bərabər və nizamlı çoxqütblü dünyanın formalaşmasına daha da böyük töhfə verməyə hazırdır”, – o bildirib.

Çinxua qeyd edib ki, Çin Rusiya Federasiyası ilə birlikdə tolerant prinsiplər əsasında həyata keçirilən iqtisadi qloballaşmanı təşviq etməyə və iki ölkə liderləri arasında əldə edilmiş konsensusa uyğun olaraq qarşılıqlı fəaliyyət göstərməyə çalışır.

O qeyd edib ki, Çin-Rusiya əməkdaşlığı getdikcə güclənir və bu münasibətləri böyük dövlətlər arasında saxlanılan münasibətlərin standartı kimi qiymətləndirmək olar.