Xəbərlər

Çin: Suriyada vəziyyəti izləyirik və dincliyə ümid edirik

“Çin Suriyadakı vəziyyəti diqqətlə izləyir və ümid edir ki, Suriya xalqının maraqlarına uyğun olaraq mümkün qədər tez bir zamanda sabitlik bərpa oluna bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.

“Çin Suriyada vəziyyətin inkişafını diqqətlə izləyir və ümid edir ki, bütün tərəflər Suriya xalqının fundamental maraqlarına uyğun hərəkət edəcək və bu ölkədə sabitliyin bərpası üçün mümkün qədər tez bir zamanda siyasi həll yolu tapacaqlar”, – deyə o, brifinqdə deyib.