Füyuzat 137 Mahir Qəribov,

Əhməd bəy Ağaoğlunun “İslam məcmuəsi”ndə dini-ideoloji görüşləri

XX əsr tarixində Azərbaycanın və türk dünyasının ən tanınmış ziyalı və ideoloqlarından biri olan Əhməd bəy Ağaoğlu geniş dünyagörüşlü, müxtəlif siyasi baxışları bir ideya ətrafında birləşdirən, zəmanəsindən yüksəkdə dayanan siyasi və ictimai xadim olmuşdur. Onun əsas məqsədi Şərqlə Qərbin siyasi, ictimai, iqtisadi və mədəni əlaqələrinin inkişafına nail olmaq idi. Türkiyəyə mühacirət etdikdən sonra həmin dövrdə İstanbulda Əhməd bəy Ağaoğlunun ideya və düşüncələrinə uyğun yayımlanan mətbuat orqanı “İslam məcmuəsi”nin nəşr siyasətinin əsas istiqamətini də din birliyi təşkil edirdi.

26 fevral 1914-cü ildə qəzetin 54-cü sayında Aqayef soyadı ilə nəşr olunan “İslam aləmində görünən inhitadın səbəbləri” məqaləsində islamın parlaq nuru ilə mübarizə aparanlara qarşı durmaq üçün əqli və fəzilət dəlillərindən istifadə etməyin nəcib, ümdə bir vəzifə olduğu vurğulanır. Ağaoğlunun “İslam məcmuəsi”nin nəşrində əsas məramını isə “Müsəlmanların faydası üçün çalışmaq və dinli bir həyat, həyatlı bir din” amalı təşkil edir.

Bu məqalədə Ağaoğlu dünyanın bir çox yerində müsəlman icmalarının fərqli dillərdə danışdığını, müxtəlif təsirlərə məruz qaldığını, yüz milyonlarla müsəlmanın eyni sosial problemlərdən əziyyət çəkdiyini və eyni vəziyyətin islamdan başqa dinlərə mənsub xalqlara aid olmadığını ifadə edir. Bildirir ki, xristian dünyasında İngiltərə və Həbəşistandan, bütpərəst dünyadakı Yaponiya və tibetlilərdən fərqli olaraq onların hamısında ümumi sosial qarışıqlıq yoxdur, bəzi ölkələr inkişaf edib, bəziləri yox. Lakin İslam dünyasında bu belə deyil, hal və tənəzzül ümumi xarakterdədir. Gerilik və cəhalət açıq hiss olunur (Ahmed Agayef. “İslâm âleminde görülen inhitâtın sebepleri”, “İslam mecmuası 1914–1918”, cilt 1, sayı 2, 30 rebiyülevvel 1332/13 şubat 1329, s. 55). Bununla belə, Ağaoğlu Qərb mütəfəkkirləri kimi İslamın tənəzzülün əsas səbəbi kimi göstərilməsi fikri ilə razılaşmır. Ağaoğlu yazır: “Əcəba, amal və əqidə prinsiplərinin dağılmasının səbəbi nə idi?” Bu suala cavab olaraq bəzi fransız alimləri və onları təqlid edənlər deyirlər; “Sivilizasiyanın yaranması ilə bu prinsiplərin transformasiyası və onların üzərində qurulan strukturların məhv olması qaçılmaz idi”. Bu cür fikirləri təhlil etməyəcəyini, əksinə, islam tarixindən mənbə kimi istifadə edəcəyini bildirən müəllif: “Qərbdə Aristotel və Platonun adları sadəcə təbliğ olunarkən müsəlmanlar bu ustadların əsərlərini tərcümə edib öyrənirdilər”, – deyir (yenə orada, s. 56).

Ağaoğlunun fikrincə, din bəndə ilə Allah arasındakı əlaqəni tənzimləyən prinsiplər sistemindən ibarətdir. Dinin mövzusu yalnız inanc və ibadətdir. İslamı digər dinlərdən fərqləndirən, onun əsas mövzusunu təşkil edən və müsəlmanları bir arada tutan inanc və ibadətlərdir. Bundan əlavə, dində qeyd olunan digər hüquqi, siyasi, iqtisadi məsələlərdən zərurətə əsasən, bəhs edilmiş və ya din yeri gəldikcə bunlar barədə söhbət açmışdır. O bu iddianın sübutlarını belə sadalayır…

Davamı…