Xəbərlər

Ərdoğan: ABŞ-ın köməyi ilə Qəzzada atəşkəsə nail olmaq mümkündür

“Yaxın bir neçə gün ərzində İsraillə HƏMAS arasında atəşkəsə nail olmaq mümkündür”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

“İsrailin Fələstinə hücumları ətrafında vəziyyət dəyişir, HƏMAS atəşkəs təkliflərini qəbul edərək, bəzi dəyişiklikləri tələb edir. ABŞ Prezidenti Co Bayden bu barədə Netanyahuya zəng edəcək, həmçinin bütün Qərb ölkələri İsrailə təzyiq etməlidir. Bu təzyiq və Baydenin İsraillə əlaqələri nəticəsində atəşkəsə nail oluna və İsrailin törətdiyi qırğınlar dayana bilər”, – Türkiyə lideri qeyd edib.