Finlandiya Macarıstan rəhbərliyi ilə keçiriləcək Avropa İttifaqının (Aİ) qeyri-rəsmi görüşlərində iştirak etməyəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Finlandiya Nazirlər Kabineti məlumat yayıb.
“Finlandiya siyasi səviyyədə bu görüşlərdə iştirak etməyəcək. Bu o deməkdir ki, görüşlərdə nazirlərdən və ya siyasi katiblərdən heç biri iştirak etməyəcək”, – məlumatda bildirilib.