Xəbərlər

“Füyuzat” dərgisinin 131-ci nömrəsi işıq üzü gördü

“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü gördü. Mübariz Yunusun baş redaktorluğu ilə dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alır.
Jurnalın 131-ci sayında Elçin Bilaloğlunun “Türk birliyi üçün açar – Zəngəzur dəhlizi”, Mahir Qəribovun “Əhməd bəy Ağaoğlunun “Suruş” qəzetindəki yazıları”, Cavid İsmayılın “Cümhuriyyətin son qalası”, Məsməxanım Qubadovanın “Milli istiqlal məfkurəsinin memarı Əli Bəy Hüseynzadə”, Mustafa Çəmənlinin “Cənub həsrəti”, Muxtar Cəfərlinin “İnsanın yolunu aydınladan işıq – səbir”, Əli Ağaoğlunun “Əsrarəngiz bir qazıntının hekayəsi: Tarsus qazıntıları”, Ülviyyə Rəhmanın “Mənası böyük hekayə”, Fərqanə Qədimovanın “Uşaq, köstəbək, tülkü və at” adlı yazıları və Yunus Emre Karanın “Biliyor musun?” şeiri ilə tanış ola bilərsiniz.
Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.
Xoş mütaliələr!