“Füyuzat” dərgisinin baş redaktoru Mübariz Yunus Əməkdar jurnalist Yunis Orucovun CBC FM radiosunun efirində yayımlanan “Azərbaycan nədən danışdı?” verilişinin qonağı olub.
Mübariz Yunus Türkiyədə baş verən şiddətli zəlzələnin doğurduğu acı nəticələrdən, qardaş ölkəmizin belə bir çətin imtahanında Azərbaycan dövlətinin sərgilədiyi qardaşlıq nümunəsindən, qarşılıqlı dəstək ənənəsinin önəmindən danışıb. Həmçinin baş redaktor “Füyuzat” dərgisində dərc olunan yazılarda mütəmadi olaraq iki qardaş xalqın , eləcə də Azərbaycan–Türkiyə dövlətlərinin bir-biri ilə qarşılıqlı münasibətlərini həm tarixi, həm də müasir dövr nöqteyi-nəzərindən əhatə edən mövzuların işlənib-hazırlandığını, bu kimi milli məsələlərin ön planda tutulduğunu diqqətə çatdırıb.
Daha ətraflı keçiddə: https://fb.watch/iz5iF74DQe/?mibextid=qC1gEa