Xəbərlər

İsrailin hücumları nəticəsində daha 51 nəfər həyatını itirib

İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində daha 51 fələstinli ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzzanın Mülki Müdafiə Nazirliyi məlumat yayıb.

İsrail hərbiçilərinin dünən səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində yaşayış yerləri, 2 avtomobil və vətəndaşların toplaşdığı yerlər hədəfə alınıb.

Əlavə olunub ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 467-ə, yaralıların sayı isə 95 min 921-ə yüksəlib.