Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı Dohada keçirilən məsləhətləşmələrin iştirakçıları danışıqların ilk günündə irəliləyiş əldə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, Qəzza zolağında atəşkəsə nail olmaq və Fələstin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi məqsədi ilə cümə axşamı Dohada məsləhətləşmələrin yeni raundu başlayıb.
Qəzet danışıqlar prosesinin gedişi ilə bağlı başqa təfərrüat verməyib.