Kiyev NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammitində müsbət nəticə gözləmir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Sergey Leşşenko məlumat yayıb.
“İki həftə əvvəl, başa çatan debatdan sonra ABŞ-da siyasi fırtınanın nə qədər ciddi olacağını təsəvvür edə bilməzdik. Yəni, bu şəraitdə bizi sevindirən hər hansı bir sözə inanmaq çox çətindir”, – deyə o, Rada telekanalında bildirib.
Leşşenkonun fikrincə, ölkənin alyansa qoşulması planını özündə əks etdirən istənilən planlama Kiyev üçün nailiyyət olacaq: “Ukrayna, NATO və üzvlük sözü bir cümlədə yer alacaqsa, bu, artıq nailiyyət olacaq”.