Latviya aprelin 11-də keçiriləcək 12 ölkənin Üç Dəniz Təşəbbüsü sammitində Ukrayna ilə uzunmüddətli dəstək və təhlükəsizlik sazişi bağlamağı planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, sənəd Riqanın üç il ərzində hər il ÜDM-in 0,25%-ni Kiyevə yardıma xərcləmək öhdəliyini birləşdirəcək.
Kiyev artıq Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Kanada, Hollandiya, Finlandiya və Fransa ilə oxşar sazişlər bağlayıb.
Qeyd edək ki, Üç Dəniz Təşəbbüsü Baltik, Qara və Adriatik dənizləri arasında yerləşən 12 ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Xorvatiya, Çexiya və Estoniya) qeyri-rəsmi birliyidir. Bu assosiasiyanın əsas məqsədi Şimal-Cənub adlanan xətt boyunca regionda nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafıdır.