“NATO ilə 3-cü Dünya Müharibəsinə çevrilə biləcək münaqişə təhlükəsi var”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti Dmitri Medvedev bildirib.
Medvedev “Teleqraf”a açıqlamasında ABŞ prezidenti Co Baydenin Ukraynaya yardım edilməsini də nəzərdə tutan 105 milyard dollarlıq büdcə tələbinin Senatda rədd edilməsini dəyərləndirib.
O, Bayden administrasiyasının Konqresi “şantaj” etdiyini və bunun ABŞ tarixində yeni bir şey olmadığını bildirib.
“Dağılma mərhələsində olan kiçik bir dövlət üçün əvvəllər bu qədər çox pul tələb olunmamışdı. Kuba Raket Böhranından bəri Rusiya ilə NATO arasında Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcək birbaşa münaqişə təhlükəsi heç vaxt bu qədər real olmayıb”, – diplomat qeyd edib.