Xəbərlər

Neuralink şirkəti görmə qabiliyyətini bərpa edəcək cihaz təqdim edib

Elon Maskın Neuralink şirkəti hətta insan doğuşdan görmə məhdudiyyətli olsa belə, görmə qabiliyyətini bərpa edə biləcək inqilabi cihaz olan “Blindsight”ı təqdim edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Neuralink şirkəti paylaşım edib.

Qeyd edilib ki, “Blindsight” artıq Qida və Dərman İdarəsindən (FDA) təsdiq alıb. ABŞ Səhiyyə Nazirliyi cihazın imkanlarını müsbət dəyərləndirib.