Xəbərlər

Pakistan və İran BMT TŞ-yə İsrailə qarşı çağırış edib

İran və Pakistan BMT Təhlükəsizlik Şurasını İsrailin Yaxın Şərqdə gərginliyin artmasına səbəb olan qanunsuz hərəkətlərinin qarşısını almağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran prezidenti İbrahim Rəisinin Pakistana iki günlük səfərinin yekunlarına dair birgə bəyanatda bildirilib.

“Tərəflər BMT Təhlükəsizlik Şurasını İsrail rejiminin bölgədəki avantürist hərəkətlərinin, qonşu ölkələrə və xarici diplomatik obyektlərə qanunsuz hücumlarının qarşısını almağa çağırıb”, – bəyanatda qeyd edilib.