Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə başlanır.
“Füyuzat” xəbər verir ki, hazırda “Azəristiliktəchizat” ASC-nin balansında olan 3 871 yaşayış binası istiliklə təmin olunur.
Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.
Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nə qədər davam edəcək.



