Xəbərlər

UNICEF: Qəzzada 17 min uşaq ailəsindən ayrı düşüb

“Qəzzada 17 min uşaq müşayiətsiz, yaxud da ailələrindən ayrı qalıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Fələstindəki Əlaqələr direktoru Conatan Crickx bildirib.

Crickx ailələrin qida, su və ya sığınacaq çatışmazlığı səbəbiylə sıxıntı içində olduğunu, ailə üzvlərinin uşaqlarının ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiklərini qeyd edib.

“Uşaqların psixi sağlamlığı Qəzzada baş verən hadisələrdən ciddi şəkildə təsirlənib, bölgədəki vəziyyət həddindən artıq narahatlıq, iştahsızlıq, yuxuya gedə bilməmə, hər dəfə bomba səsini eşitdiklərində uşaqlarda emosional duyğu yaşamaq və ya panikaya düşmək kimi əlamətlərə səbəb olur”, – Crickx əlavə edib.

“Biz hesab edirik ki, bu gün Qəzzada demək olar ki, bütün uşaqlar psixi sağlamlıq dəstəyinə ehtiyac duyurlar”, – Crickx fikirlərini sonlandırıb.