Kitablar

SƏADƏT OCAĞI – AİLƏ 

Həyat yoldaşı seçimindən ailə qurmağa, ailənin müxtəlif psixoloji, mənəvi məsələlərindən övlad tərbiyəsinə qədər mühüm mövzular kitabda xronoloji ardıcıllıqla verilmişdir. Müəllif münasibət bildirdiyi məsələlərə, müxtəlif ailə problemlərinin çözüm yollarına milli-mənəvi və çağdaş dəyərlər prizmasından yanaşmışdır.

CAVAD XAN OĞLU UĞURLU XANIN HEKAYƏTİ

Kitabda Azərbaycan tarixinin ən mübariz hökmdarlarından olmuş, öz mücadiləsi uğrunda şəhadətə ucalmış Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın həyat və mübarizə yolundan bəhs olunur. Müəllif öz əsərini arxiv materialları əsasında ərsəyə gətirmiş, 23 ildən artıq uzun müddət ərzində nəhəng Çar imperiyasına qarşı mübarizə aparan Uğurlu xanın bədii obrazını mənbələr işığında yarada bilmişdir. Xüsusən gənc nəsildə vətənpərlik və mübarizlik ruhunun formalaşması baxımından əsərin böyük əhəmiyyəti vardır.

AZƏRBAYCAN ELM VƏ İRFAN SƏRDARLARI

Kitab müəllifin uzun zamandan bəri “Füyuzat” dərgisində dərc olunan silsilə məqalələrindən tərtib edilmişdir. Müəllif Muxtar Cəfərli bu araşdırmalarda əsərləri ilə dünya elm tarixində, mədəniyyət və ədəbiyyatında önəmli yer tutan, işıqlı fikirləri ilə insanlığın mənəvi tərəqqi yolunu aydınladan Azərbaycan böyüklərindən söz açır. Cənublu-şimallı böyük Azərbaycan torpağından çıxıb bütün İslam coğrafiyasına yayılmış bu şəxsiyyətlər yaşadıqları dövrün ən parlaq simalarından olmuşlar. Müəllif bu şəxsiyyətlərə mənəvi dəyərlər kontekstindən yaxınlaşdığı üçün kitab bu mövzudakı əvvəlki tədqiqatlardan ciddi şəkildə fərqlənir.

KÖNÜL DÜNYASI

Kitabda AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Füyuzat” jurnalında dərc olunan silsilə məqalələri təqdim olunur. Müəllif ədəbi-fəlsəfi və aktual mövzulara həsr edilən məqalələrində insan, kainat, yaradılış, özünüdərk, milli ruh və digər mühüm məsələlər haqqında təəssüratlarını oxucularla bölüşür. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

QƏLBİMİN AYNASI

Əsasən milli şüur, əxlaqi keyfiyyətlər, Qarabağ dərdi, vətən sevgisi və s. dəyərləri təbliğ edən bu qələm məhsulları oxucunu müəllifin zəngin daxili dünyası, incəsənət anlayışı ilə yaxından tanış edir.

FÜYUZAT İŞIĞINDA İstiqlala çağırış

Kitaba müəllifin müxtəlif illərdə “Füyuzat” jurnalında, “Vətən səsi” və “Respublika” qəzetlərində dərc edilmiş
məqalələri daxil edilmişdir. Bu məqalələrdə XIX əsrin sonu – XX əsrin əvvəllərindən milli məfkurə düşüncəmizin
yaranması, formalaşması və yüksək inkişaf mərhələsinə qədər yüksəlməsi prosesinin şərhinə daha çox diqqət
yetirilmiş, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadədən Məmməd Araza qədərki milli
mənlik şüurunun, milli kimlik təəssübkeşliyinin ana xətləri istər ictimai-siyasi, istərsə də ədəbi-bədii konteksdə şərh
edilmişdir.

“İDRAK İŞIĞI”

Tədqiqatçı-alim Muxtar Cəfərlinin “İdrak işığı” kitabı məhz mənəviyyatımızı
zənginləşdirmək mahiyyəti daşıyır. Müəllifin “Füyuzat” dərgisində dərc edilmiş
silsilə məqalələrindən tərtib olunan bu əsərində müxtəlif həyati mövzulara
toxunmuş, günümüz insanının mənəvi problemlərinə işıq tutmağa çalışmışdır.

“QƏLBİNİ NƏSİHƏTLƏ DİRİLT”

Kitab müəllifin müxtəlif illərdə Füyuzat” jurnalında dərc edilmiş silsilə
məqalələri əsasında tərtib edilib. Kitab müxtəlif həyati mövzulara
toxunmuş, günümüz insanının mənəvi problemlərinə işıq tutmağa çalışmışdır.

“FÜYUZATÇILAR”

Topluda Qərənfil Dünyaminqızının müxtəlif illərdə mətbuatda, əsasən, “Füyuzat” jurnalında dərc etdirdiyi elmi-publisistik məqalələrinin bir qismi toplanıb. Kitab milli şüur, milli özünüdərk amilinin təbliğində və demokratik dövlət, cəmiyyət quruculuğunda böyük rol oynayan “Füyuzat” ədəbi məktəbi nümayəndələrinin həyat və yaradıcılığına işıq tutur.

“NİCAT MƏHƏBBƏTDƏDİR – ƏLİ BƏY HÜSEYNZADƏNİN SEÇİLMİŞ YAZILARI”

Kitab Azərbaycanın görkəmli fikir adamı, milli ideologiyanın formalaşmasında özünəxas rolu olan, Azərbaycanın üçrəngli bayrağının ideya müəllifi Əli bəy Hüseynzadənin seçmə məqalələrindən ibarətdir. “Füyuzat” redaksiyası tərəfindən transliterasiya edilən bu məqalələrdə Əli bəy dil, tarix, mədəniyyət kimi millətin təməl dəyərlərinə öz yanaşmasını ortaya qoyur.

“GÖRÜNMƏYƏN GERÇƏKLƏR”

Kitab müəllifin “Füyuzat” və “İşıq” jurnallarında dərc olunan silsilə esse və şeirlərindən tərtib olunub. Yazarın həyat müşahidələrini sadə bir dildə oxucuya təqdim edən əsərdə insan, həyat, ölüm, sevgi və milli dəyərlər kimi mövzular işıqlandırılır.