Elmin Nuri Füyuzat 133

Təhsilin şəxsiyyət mühəndisliyi missiyası

“…Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu…”

(Üzeyir Hacıbəyli)

“Maarif adam” formulu

Yazıya böyük maarifçi şəxsiyyət Üzeyir bəydən bir sitatla başlamağımız təsadüfi deyil. Onun təhsil, maarif və publisistikaya olan baxışında bir əsas motiv dayanıb: bu 3 predmetdən şəxsiyyət amilini formalaşdırmaq…

Amma necə? Milli özünüdərkdən keçmiş, mənəvi oyanış yaşamış, zəkanın ucqar nöqtələrində Vətən naminə “gəzişən” bir şəxsiyyət… Elə Üzeyir bəyin özü kimi…

O, ruhunda, təfəkküründə, əxlaqında, hər zərrəsində Azərbaycanı şifrləyib, Azərbaycanı daşıyıb.

Azərbaycan bir mahiyyət olaraq Üzeyir bəyin musiqilərində, əsərlərində, yazı və məqalələrində onunla birgə gəzib-dolaşıb…

Üzeyir bəy bu mahiyyətin şifrlərini ömrü boyu, bütün fəaliyyət istiqamətlərində açmağa çalışıb. Özü də harada:

– “Şəbi-hicran” xorundakı kosmik şikayət, səmavi hayqırtı ilə;

– “Uvertura”dakı oyanış, hər şeyə rəğmən dirilişə can atma ilə;

– “Sevgili canan” və “Sənsiz”də Şərqin əsrlərdir daxili “mən”ə varma və ilahi kamillikdə itmək istəyi ilə…

– O taylı, bu taylı Azərbaycanın sərhədlərindən də geniş “Arazbarı” ilə…

Və bir də maarif, təhsil, məktəb anlayışlarının üzərinə qoyduğu xüsusi tələb, onlardan bəslənən gözlənti ilə…

Üzeyir bəyin məqalələrində maariflə bağlı səsləndirilən fikirlərin alt qatında məktəb şəxsiyyəti formalaşdıran bir mənəvi mexanizm, müəllim isə şəxsiyyəti yetişdirən bir fərd kimi əks olunub. Təhsilə bu formada yanaşma, əslində, “Şəxsiyyət mühəndisliyi” formulu üzərində cəmləşib…

Davamı…