Yağışlar qarışıb xəzri küləyə,
Damlalar içində üzür bir şəhər.
Buludun göz yaşı qurumur, niyə?
Yağışı bu qədər sevər bir şəhər?
Qəlbimi qırılıb, ürəyi yanıb?
Çoxları şəhərlər danışmır sanıb…
Buludu günəşə yağış qısqanıb,
Onunçün göz yaşın süzür bir şəhər.
Göz yaşı dayanmır, bulud ağlayır,
Yolları xəfifcə duman bağlayır.
Hər damla özündə bir sirr saxlayır,
Bu sirdən agahdır yalnız bir şəhər.
Damlalar içində qərq olmuş küçə,
Kədərlə, hüznlə bəzənib gecə.
Bu qədər qəhərə dözər de, necə?
Nə qədər üzülər, söylə, bir şəhər
Müəllif: Günel Natiqqızı



