Xəbərlər

“Əli bəy Hüseynzadə azərbaycançılıq ideologiyasının banisidir” – Nizami Cəfərov

Bu gün “Füyuzat” ədəbi məktəbinin banisi Əli bəy Hüseynzadənin doğumundan 159 il ötür. Həyatı və yaradıcılığı Azərbaycan gəncinin yetişməsində örnək olan Əli bəy Hüseynzadənin milli ideologiyamızda, üçrəngli bayrağımızda ifadəsini tapmış ideyaları həm də milli mədəniyyət konsepsiyamızın təməl prinsiplərindəndir.

“Əli bəy Hüseynzadə azərbaycançılıq ideologiyasının banisidir. O tək Azərbaycanın yox, türk dünyasının ən böyük mütəfəkkirlərindən biridir. Biz onu həm də romantik bir mütəfəkkir hesab edirik. Hər nə qədər romantik olsa da, onun düşüncələri həyatla, millətin tarixi ilə, taleyi ilə və gələcəyi ilə çox sıx bağlıdır”.

Fuyuzat.az xəbər verir ki, bu sözləri Füyuzat TV-yə müsahibəsində Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.

Azərbaycan fikir tarixində özünəməxsus rol oynayan Əli bəy Hüseynzadənin milli qayəsini hörmət və böyük sevgi ilə “Füyuzat” komandası bu gün də davam etdirməyə çalışır. Məkanın cənnət olsun, şüarı ittihad olan adam!

Müsahibəni daha ətraflı aşağıdakı linkdən izləyə bilərsiniz: