Xəbərlər

“Füyuzat” dərgisinin 130-cu nömrəsi işıq üzü gördü

“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü gördü. Mübariz Yunusun baş redaktorluğu ilə dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alır.

Jurnalın 130-cu sayında Elçin Bilaloğlunun “ABŞ-ın Cənubi Qafqaz siyasəti”, Cavid İsmayılın “Cümhuriyyət qatillərinin acı sonu”, Əli Ağaoğlunun “Qiyafəsini dəyişmiş səyyah”, Mübariz Göyüşlünün “Klassiklərin mətbuata münasibəti”, Könül Bünyadzadənin “Dünyanın nur mənzərəsi”, Arzu Həsənzadənin “Xəbər üslubu”, Fərqanə Qədimovanın “Ölümlü”lər və “əbədi”lər”, Mustafa Çəmənlinin “Cənub həsrəti”, Ruslan Bayramlının “Müasir dövrdə universitetlərin əhəmiyyəti”, Ülviyyə Rəhmanın “Uzağı yaxın, yaxını uzaq edən yollar” adlı yazıları ilə tanış ola bilərsiniz.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!