Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
“Gənclər hər bir ölkənin aparıcı qüvvəsidir. Bizim bu günümüz, gələcəyimiz gənclərə əmanətdir… Gənclərimiz bilikli, dəyərlərimizə bağlı olmalı, mədəniyyətimizi, tariximizi dərindən bilməlidirlər…”
Fuyuzat.az xəbər verir ki, bu sözləri Füyuzat TV-yə müsahibəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Qeyd edək ki, 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2 Fevral Gənclər Günü hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunur.
Xəbəri daha ətraflı aşağıdakı linkdən izləyə bilərsiniz.