Xəbərlər

STM əməkdaşı “Füyuzat” redaksiyasının qonağı olub

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli “Füyuzat” dərgisi redaksiyasının qonağı olub.

Görüşdə “Füyuzat” dərgisinin məsul katibi Samir Ramizoğlu, dərginin əməkdaşı Arzu Həsənzadə və gənc jurnalist Həşim Səhrablı iştirak ediblər. Görüş zamanı “Füyuzat” dərgisinin yenidən nəşrə başlamasının tarixi, dərginin hazırkı dönəmimizdə dərc olunmasının əhəmiyyəti barəsində, redaksiyanın yeni fəaliyyət istiqamətləri və digər bir sıra məsələlər ətrafında birgə müzakirələr aparılıb.

Daha sonra Əziz Əlibəyli Füyuzat TV-də yayımlanan “Gündəmə Baxış” verilişinin qonağı olub. Verilişdə ermənilər tərəfindən işğal edilmiş, dövlətimizin və xalqımızın maraqlarını ifadə edən tarixi torpaqlarımıza qayıdışın strateji yolları, ölkəmizin bu məsələlər ətrafında prinsipial mövqeyi və digər aspektlərdən dövlətimizin hədəfləri yönündə düşünməyi zəruri edən məsələlər müzakirə olunub.

Qeyd edək ki, verilişi qısa zamanda Füyuzat TV-də izləyə biləcəksiniz.