Xəbərlər

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların 2025-ci ilin yanvar ayının sonuna qədər daha altı ay uzadılması barədə razılığa gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ-dəki diplomatik mənbə məlumat yayıb.

Qeyd edilib ki, bu qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.