Xəbərlər

Britaniya Ukraynaya dəstək verməyə davam edəcək

Böyük Britaniyanın Baş naziri Keir Starmer Avropa Siyasi Birliyinin sammitindən istifadə edərək Ukraynaya dəstəyini ifadə edib və Rusiyanın Avropa üçün yaratdığı riski vurğulayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.

Keir Starmer Ukrayna Prezidenti Volodimir Zelenskiyə deyib: “Əmin olun ki, nə qədər lazımdırsa, sizinlə olacağıq”.

“Bu gün burada ilk vəzifəmiz Ukraynaya dəstəyimizi bir daha təsdiqləmək, hörmət etdiyimiz dəyərlər ətrafında yenidən birləşmək və bu qitədəki təhlükəyə qarşı birlikdə dayanacağımızı söyləməkdir”, – Starmer bildirib.

Britaniyanın Baş naziri Londonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları xatırladıb və bununla fəxr etdiyini qeyd edib.