Xəbərlər

Çin və Rusiya arasında əməkdaşlıq müdaxiləyə məruz qalır

“Çin və Rusiya suveren dövlətlərdir, onların əməkdaşlığı kənar müdaxilələrə və təhdidlərə dözmür”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Çin və Rusiya müstəqil dövlətlərdir, onların arasındakı normal əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib”, – Ninq söyləyib.

Məlumata görə, Mao Ninq Çinin istənilən qeyri-qanuni birtərəfli sanksiyalara qəti şəkildə qarşı olduğunu deyib.