Cənubi Koreya və ABŞ silahlı qüvvələri F-18 və F-35 təyyarələrinin iştirakı ilə birgə hava təlimlərinə başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, təlim avqustun 8-dək davam edəcək və Cənubi Koreya tərəfi F-16, FA-50, KA-1 və F-15K təyyarələrindən istifadə edəcək.
Verilən məlumata görə, təlimlərə qırıcı manevrləri, hava dəstəyi, hava əks tədbirləri və müttəfiqlərin hava qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi daxildir.