Xəbərlər

Qəzzada daha 93 şəxs həlak olub

İsrail ordusunun gecə boyu Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlar nəticəsində azı 93 fələstinlinin həyatını itirdiyi, onlarla insanın isə yaralandığı bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, müharibənin 291-ci günündə də İsrail ordusu Qəzza zolağına havadan, dənizdən və qurudan hücumlarını davam etdirib.