Xəbərlər

Almaniya: Putinin təhdidləri bizi qorxutmayacaq

“Vladimir Putinin təhdidləri Almaniyanı çəkindirməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer söyləyib.

“Rusiya tərəfi deyir ki, Birləşmiş Ştatlar Avropada raket yerləşdirmək niyyətini təsdiqləsə, Rusiya orta mənzilli nüvə silahlarının istehsalını bərpa edə bilər. Bu cür bəyanatlar bizi qorxutmayacaq”, – o bildirib.