İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi ilə əlaqədar İsrailin Baş naziri Benyamin Netanyahunu hədələyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran Məclisinin üzvü Məhəmməd Qasim Osmani məlumat yayıb.
“İsrail o qədər lovğalaşıb ki, artıq Tehranda qonağın qanını tökür. Ümid edirəm ki, daha bir “Doğru vəd” əməliyyatı İsmayıl Haniyə üçün qan qisası kimi həyata keçiriləcək”, – Osmani bildirib.