“ABŞ istər Yaxın Şərqdə, istərsə də bütün dünyada terrorun əsas sponsorudur və buna görə BMT-nin digər üzvlərini günahlandırmağa haqqı yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İranın BMT-dəki nümayəndəliyi məlumat yayıb.
“İsrailin 2024-cü il avqustun 10-da Qəzzanın mərkəzində yerləşən Əl-Tabiyin məktəbində məcburi köçkünlərə qarşı törətdiyi uşaq və qadınların da olduğu, ən azı 100 günahsız fələstinlinin ölümü ilə nəticələnən qırğın ABŞ-ın dəstəyinin nəticəsidir”, – məlumatda qeyd olunub.