“Dünya atəşkəs üçün nə vaxt təzyiq göstərsə, İsrail qırğınlarla cavab verir”.
“Füyuzat”ın məlumatına görə, bunu Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur deyib.
Mənsur BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün keçirilən iclasında çıxış edib.
“Təsadüfi deyil ki, dünya nə vaxt atəşkəs istəsə, İsrail qırğınla cavab verir. Bu, əvvəlkindən daha çirkin mesaj deməkdir. Bununla İsrail dayanmayacağını göstərir”, – o bildirib.
“Dərhal atəşkəsə çağıran beynəlxalq konsensusu alqışlasaq da, İsrailin veto hüququndan istifadə etdiyi aydındır. Buna son qoyulmalıdır. İsrail dünyaya meydan oxumağa davam edə bilməz”, – Mənsur qeyd edib.