Xəbərlər

KİV: Kursk bölgəsində ilk “PT-91 Twardy” tankı məhv edilib

Kursk vilayətində Polşa istehsalı olan ilk “PT-91 Twardy” tankı məhv edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Onet.pl” portalı məlumat yayıb.

Qeyd edilib ki, tank Ukrayna Silahlı Qüvvələrinin 22-ci mexanikləşdirilmiş briqadasının tərkibində ərazidəki əməliyyatlarda iştirak edib və “Lancet” pilotsuz təyyarəsinin zərbəsi ilə məhv edilib.