Xəbərlər

BMT iki ay ərzində Qəzzaya lazım olan ərzaqların yalnız yarısını çatdırıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) son iki ayda Qəzza zolağına lazım olan ərzaqların yalnız yarısını çatdıra bilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ÜƏP-nin Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Korin Fleyşer məlumat verib.

Fleyşer qida çatışmazlığını İsrailin nəzarət-buraxılış məntəqələrində uzun gecikmələr və İsrail əsgərlərinin Qəzza zolağında ÜƏP rəsmilərinin sərbəst hərəkətinə mane olan hücumları ilə əlaqələndirib.

Fleyşer bildirib ki, ÜƏP-nin məsul olduğu Qəzza zolağının əhalisinin yarısını təşkil edən 1,1 milyon insanı qidalandırmaq üçün təşkilat ayda 24,000 ton ərzaq çatdırmalıdır.