Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi üzrə vitse-kansleri Robert Habek Ukraynaya heç bir şərt olmadan dəstək olacaqlarını bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Robert Habek müsahibəsində deyib.
“İlk növbədə, Almaniya höküməti adından açıq şəkildə bildirmək istəyirəm ki, Almaniya həmişə Ukraynanı dəstəkləməyə davam edəcək”, – Robert Habek bildirib.
Qeyd edilib ki, Ukraynaya Rusiya aktivlərindən əldə edilən faiz gəlirləri hesabına 50 milyard avro, gələn ilin sonuna qədər isə Almaniyanın federal büdcəsindən daha 4 milyard avro ayrılacaq.