Xəbərlər

İsveçrə Avropa Kibertəhlükəsizliyi Təşkilatına qoşulacaq

İsveçrə Federal Şurası ölkənin Avropa Kibertəhlükəsizliyi Təşkilatına (ECSO) üzv olmasını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“İsveçrə Federal Şurası 21 avqust 2024-cü il tarixli iclasında konfederasiyanın Avropa Kibertəhlükəsizliyi Təşkilatına üzvlüyünü təsdiqlədi”, – bəyanatda bildirilib.

Qeyd edilib ki, bu yolla ölkə rəhbərliyi ən son texnoloji inkişaflar haqqında məlumat əldə etmək və bu sahədə ekspert icması ilə tərəfdaşlıq etmək niyyətindədir.