Xəbərlər

Modi: Hindistan Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə köməyə hazırdır

Hindistanın Baş naziri Narendra Modi Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk Varşavada hindistanlı həmkarı ilə danışıqlardan sonra deyib.

“Narendra Modi Ukraynadakı hərbi münaqişənin dinc, ədalətli və tez bir zamanda sona çatması üçün şəxsi yardımının mümkünlüyünü təsdiqləyib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Hindistanın Baş naziri avqustun 21-də Varşavaya rəsmi səfərə gəlib.