Pakistanın Bəlucistan əyalətində silahlıların koordinasiyalı hücumları nəticəsində azı 39 nəfər həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə AFP agentliyi məlumat yayıb.
Qeyd edilib ki, hücumu Bəlucistan Azadlıq Ordusu qruplaşmasının radikalları həyata keçirib.
Avqustun 26-da səhər saatlarında silahlı şəxslər magistral yolu bağlayaraq, sərnişinləri avtobus və yük maşınlarından endiriblər. Qeyd olunur ki, silahlılar 10-a yaxın avtomobili yandırıblar. Hadisə yerində polis və təhlükəsizlik xidmətləri çalışır.