Xəbərlər

Hollandiya Uber-i 290 milyon avro cərimə edib

Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı Uber-i Avropada sürücülərin şəxsi məlumatlarını Avropa İttifaqının (Aİ) qaydalarını pozaraq ABŞ-a göndərdiyinə görə 290 milyon avro cərimələyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə sözügedən təşkilatdan bildirilib.

Açıqlamada Uber-in Avropadakı taksi sürücülərinin bank hesabları, taksi lisenziyaları, yerlər, fotoşəkillər, ödəniş məlumatları, şəxsiyyət sənədləri, cinayət və tibbi qeydlər kimi müxtəlif şəxsi məlumatlarını lazımi qaydada qorumadığı və ABŞ mühafizə orqanlarına göndərdiyi bildirilib.