Xəbərlər

Çinin xarici işlər naziri ABŞ Prezidentinin köməkçisi ilə görüşüb

Çinin xarici işlər naziri Vanq Yi ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilib ki, görüş Sallivanın Çinə səfəri zamanı baş tutub.

Bu, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin 8 illik fasiləsindən sonra Çinə ilk səfəridir.