“Çin terrorizmlə mübarizədə Pakistana dəstək verməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian söyləyib.
“Çin terrorizmin bütün formalarına qəti şəkildə qarşıdır. Biz Pakistanın antiterror əməliyyatlarını həyata keçirməsinə, sosial həmrəyliyi və sabitliyi qorumasına, həmçinin vətəndaşlarının təhlükəsizliyini təmin etməsinə kömək etməyə həmişə hazırıq”,- Lin Cian bildirib.