Xəbərlər

Macarıstan: Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müdafiə edirik

“Macarıstan avropalı siyasətçilərin təzyiq və şantajlarına baxmayaraq, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətində mövqeyinə sadiq qalmaq niyyətindədir”.

“Füyuzat”ın mlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Gələcək perspektivlərə gəldikdə biz və Slovakiya mütləq azlıqdayıq, çünki məsələ müharibə haqqında nə düşündüyümüz deyil, sülhün ən qısa və sürətli şəkildə necə həll oluna biləcəyidir. Biz inanırıq ki, nə qədər çox silah verilərsə, müharibə bir o qədər də uzanacaq. Təəssüf ki, əksər siyasətçilər sülhün yox, müharibənin tərafdarıdırlar”, – Siyatro bildirib.