Xəbərlər

Çin strateji riskləri azaltmaq üçün dialoqa çağırıb

Çin strateji riskləri azaltmaq üçün beynəlxalq məsləhətləşmələrin tərəfdarı olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq deyib.

“Çin dəfələrlə nüvə silahından istifadənin yolverilməzliyini qeyd edib. Mövcud şəraitdə bütün tərəflər təmkinli davranmalı, dialoq və məsləhətləşmələr yolu ilə gərginliyin azaldılmasına birgə kömək etməlidirlər”, – Mao Ninq bildirib.