Xəbərlər

MDB ölkələri Daşkənddə təlimlər keçirəcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) sentyabrın 4-5-də Daşkənddə antiterror təlimləri keçirəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərin keçiriliməsində əsas məqsəd terrorçuların aşkar edilməsi və terrorizmin qarşısının alınması üzrə birgə tədbirlərin həyata keçirilməsi zamanı səlahiyyətli orqanların fəaliyyətini daha da təkmilləşdirməkdir.