Xəbərlər

Rusiya və Çin Cinpinin BRİCS sammitində iştirakını müzakirə ediblər

“Rusiya və Çin Kazanda keçiriləcək BRİCS sammitində Çin Prezidenti Si Cinpinin iştirakı üzrə məsələləri müzakirə ediblər”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin Moskvadakı səfiri Çjan Hanhui Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə deyib.

“Hazırda hər iki ölkə bu məsələ ilə bağlı sıx əlaqə saxlayır”, – səfir bildirib.

Qeyd edilib ki, Rusiya oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitinə 36 xarici ölkə liderini dəvət edib və artıq 18 liderdən müsbət cavab gəlib.